Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi

Hadisə

30 Mart 2021 18:07 1271


Azərbaycan Ordusunun hərbi qulluqçusu Zöhrabov İlkin Ramin oğlu vəfat edib.

Yenisabah.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, hadisə martın 22-də baş verib.

İ.Zöhrabovun nəşi doğulduğu Masallı rayonunun Ərkivan kənd qəbiristanlığında torpağa tapşırılıb. pizza hut

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 20-də imzaladığı sərəncama əsasən, əsgər Zöhrabov İlkin Ramin oğlu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. O, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!