Azərbaycan Ordusunun iki əsgəri itkin düşdü    - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ordusunun iki əsgəri itkin düşdü  - RƏSMİ

Maraqlı

05 Mart 2022 16:54 1255


Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, dərhal axtarış tədbirlərinə başlanılıb. Toyuqlu pizza

Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!