“Azərbaycan Ordusunun nə qədər böyük ərazini nəzarətə götürdüyünü biləndə şoka düşdüm”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Ordusunun nə qədər böyük ərazini nəzarətə götürdüyünü biləndə şoka düşdüm”

Rəsmi

19 Sentyabr 2022 22:22 1479


"Azərbaycan Silahlı Qüvvələrinin nə qədər böyük ərazini nəzarət altına aldığını biləndə şoka düşdüm. Bu, çox böyük rəqəmlərdir. Bu rəqəmləri açıqlamağı Ermənistan hərbi rəhbərliyinin vicdanına buraxıram. Qoy hərbi əsirlərin, ölənlərin və yaralananların sayını onlar özləri açıqlasınlar".

Yenisabah.az xəbər verir ki, bu sözləri ermənistanlı hərbi ekspert Van Hambarsumyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş son hərbi toqquşmaları şərh edərkən deyib.

Van Hambarsumyan həmçinin təfərrüata varmadan çoxlu sayda strateji əhəmiyyətli yüksəkliklərin və strateji marşrutların (vizual və atəş) Azərbaycan ordusunun nəzarətinə keçdiyini söyləyib. Sezar pizza

Ekspert, həmçinin tezliklə hərbi əməliyyatların bərpa olunacağını da proqnozlaşdırıb./Caliber.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!