“Azərbaycan öz ərazilərini işğaldan azad edir” - Hikmət Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan öz ərazilərini işğaldan azad edir” - Hikmət Hacıyev

Siyasət

14 Oktyabr 2020 17:11 864


"Münaqişənin həll prosesi Ermənistanın işğal olunmuş əraziləri tərk etməsi ilə başlana bilər".

Yenisabah.az-ın məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev münaqişənin həlli prinsiplərinin müəyyən edildiyini diqqətə çatdırıb. Dominos pizza

Qeyd edib ki, münaqişənin həlli prosesinə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi ilə başlana bilər: "Bu münaqişə Azərbaycanın ərazi bütövlünün bərpa edilməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!