Azərbaycan polisi hər yerdə bu qızı AXTARIR - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan polisi hər yerdə bu qızı AXTARIR - FOTO

Hadisə

10 Aprel 2024 17:29 2440


Şəkidə 16 yaşlı qız itkin düşüb.

Şəki şəhər sakini, 2008-ci il təvəllüdlü Mustafayeva Aysel Vaqif qızı aprelin 4-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 150 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə onun əynində göy rəngli cins şalvar, ağ köynək və ayağında qara rəngli idman ayaqqabısı olub. Dominos pizza

Fotodakı şəxsi tanıyanlar və barəsində məlumatı olanlar DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat verə bilərlər. (Report)


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!