Azərbaycan polisi Xankəndiyə girən iki iranlını saxladı   - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan polisi Xankəndiyə girən iki iranlını saxladı - RƏSMİ AÇIQLAMA

Hadisə

15 Sentyabr 2021 18:22 4912


Xankəndiyə yük daşıyan iki iranlı sürücü Azərbaycan polisi tərəfindən Gorus-Qafan yolundakı postda saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, onlara bildirilib ki, Azərbaycan ərazisinə qanunsuz yük daşımaq qadağandır. pizza mizza

“Azad İran” kanalının verdiyi məlumata görə, sürücülərə İran tərəfi ilə danışmaq imkanı yaradılıb.

Məsələ barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar:

“Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar”.

O qeyd edib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.

İranlı sürücülərin üzərindən çıxan sənəd:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!