“Azərbaycan polisi Xankəndiyə girəcək” - Akopyan

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan polisi Xankəndiyə girəcək” - Akopyan

Rəsmi

14 Sentyabr 2021 01:57 8434


Azərbaycanın polisinin Gorus-Qafan yolunda post qurması və ölkəmizin ərazisindən keçən tranzit maşınları yoxlaması Ermənistanda yenə siyasi qüvvələrin bir-birinə qarı təzyiq və siyasi mübarizə alətinə çevrilib.

Yenisabah.az xəbər verir ki, erməni deputat Vahe Akopyan bunu Azərbaycanın daha bir uğuru kimi qiymətləndirməklə bərabər, Ermənistan siyasi hakimiyyətini hədəf alıb:

“Azərbaycan bunu da bacardı. Hətta sabah Azərbaycan polisi İrəvanın mərkəzində avtomobilləri yoxlamağa başlasa belə, Ermənistanda heç kim təəccüblənməyəcək”. pizza sifarişi

O deyib ki, bu fakt  Azərbaycanın polisinin yaxın vaxtlarda Xankəndidə peyda olacağını göstərir:

“Azərbaycan polisi Gorus-Qafan yolunda post qurmağı və nəzarət-buraxılış məntəqəsi yaratmağı bacardı. Onlar İran yük maşınlarını dayandırır, onları gömrük rüsumları və vergi ödəməyə məcbur edirlər. Necə deyərlər, bu, gözlənilən bir hadisə idi. Hazırda hamı Azərbaycan polisinin yaxın vaxtlarda Xankəndidə də post quracağını gözləyir”, – deyə erməni deputat bildirib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!