Azərbaycan potensial donor ölkəsinə çevrilib - Prezident

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan potensial donor ölkəsinə çevrilib - Prezident

Maraqlı

09 Mart 2023 17:51 532


Müstəqilliyimizin ilk illərində Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı öz evindən didərgin düşmüşdü, onlar çadır şəhərciklərində yaşayırdı. 

Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimanı qəbul edərkən xatırladıb. 

O zaman Azərbaycanın iqtisadi durumunun aşağı səviyyədə olduğunu və ölkəmizin çox ciddi çətinliklərlə üzləşdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, həmin dövrdə Azərbaycana beynəlxalq təsisatlar tərəfindən dəstək göstərilib. Prezident İlham Əliyev bu xüsusda da Azərbaycanın beynəlxalq səviyyədə yardım proqramlarına öz töhfəsini verərək potensial donor ölkəsinə çevrildiyini vurğulayıb.  Dominos pizza

Azərbaycan Prezidenti söhbət əsnasında ölkəmizin BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!