Azərbaycan Premyer Liqası bu tarixdə başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Premyer Liqası bu tarixdə başlayacaq

İdman

08 Avqust 2020 11:36 1258


Peşəkar Futbol Liqası 2020/2021-ci illər mövsümünün startı ilə bağlı yekun qərarını verib.

Yenisabah.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yekun müzakirələrdən sonra 21 avqust yeni mövsümün start tarixi kimi müəyyənləşdirib. 

PFL AFFA İcraiyyə Komitəsinin yaratdığı İşçi Qrupun təklifini, AFFA ilə aparılan müzakirələri, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 avqustdan açıq havada idman yarışlarına icazəsini nəzərə alıb.  Marqarita pizza

Püşkatma mərasimi avqustun 12-də AFFA-nın inzibati binasında keçiriləcək. Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlanacaq. Mərasimi “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!