Azərbaycan Premyer Liqası ləğv edilir? - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Premyer Liqası ləğv edilir? - Foto

İdman

12 İyun 2020 20:56 1099


İyunun 21-də bərpası gözlənilən futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsüm ləğv oluna bilər.

Yenisabah.az xəbər verir ki, sportinfo.az saytı Peşəkar Futbol Liqasının (PFL) ölkə klublarına göndərdiyi məktubu dərc edib.

Məktubda bildirilib ki, hazırkı şərtlər altında klublar çempionatın davam etdirilib-etdirilməməsi ilə bağlı öz mövqelərin yazılı şəkildə PFL-ə göndərsinlər. pizza hut

Çempionatın bərpasını istəyən klub hazırkı karantin rejimi ilə bağlı yarana biləcək bütün problemlərə isə özü cavabdeh olmalıdır.

Klublar bu gün artıq saat 16:30-dək öz fikirlərini PFL-ə bildirməli idi.

Qeyd edək ki, həftəsonları yaranan qadağalardan sonra Premyer Liqanın bərpası sual altına düşüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!