Azərbaycan Premyer Liqası nə vaxt start götürəcək? - AFFA-dan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Premyer Liqası nə vaxt start götürəcək? - AFFA-dan açıqlama

İdman

30 İyul 2020 12:10 977


AFFA-nın İcraiyyə Komitəsinin 18 iyun 2020-ci il tarixli qərarna əsasən, 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılıb.

Yenisabah.az xəbər verir ki, qərara uyğun olaraq, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqovu İşçi Qrupun sədri təyin edib.

Qrupun tərkibində aşağıdakı şəxslər yer alıblar: Sezar pizza

Vaqif Sadıqov, AFFA-nın vitse-prezidenti – sədr

Ağasəlim Mircavadov – Məşqçilər Komitəsinin üzvü

Cahangir Həsənzadə - AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edən

Vyaçeslav Xomenko – AFFA-nın baş həkimi

Elgiz Abbasov – PFL-in Texniki İdman şöbəsinin müdiri

İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim edib. İşçi Qrupun təklifi AFFA tərəfindən Peşəkar Futbol Liqasına təqdim olunub.

PFL tərəfindən çempionatın başlanma tarixi ilə bağlı qərar qəbul olunmazdan əvvəl COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq AFFA tərəfindən müvafiq strukturlara müraciət olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!