Azərbaycan Premyer Liqasında 12-ci tur: “Qəbələ“ “Qarabağ“ı sınağa çəkəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Premyer Liqasında 12-ci tur: “Qəbələ“ “Qarabağ“ı sınağa çəkəcək

İdman

28 Noyabr 2021 10:01 713


Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start veriləcək. Turun son görüşündə çempionatın liderləri üz-üzə gələcək. “Qəbələ” “Qarabağ”la qarşılaşacaq.

Yenisabah.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionundakı matç noyabrın 29-da keçiriləcək.

Bu görüş rəqiblərin 63-cü dueli olacaq. İndiyədək 12 dəfə qalib gələn “qırmızı-qaralar” 19 qarşılaşmada heç-heçə edib. Digər 31 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran futbolçular öz qapısından 92 top buraxıb. Pepperoni pizza

“Qəbələ” Premyer Liqada 52-ci dəfə “Qarabağ”la görüşəcək. İndiyədək keçirilən 51 oyunda 10 qələbəsi olan komanda 14 dəfə meydanı sülhlə tərk edibsə, 27 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan “qırmızı-qaralar” 78 top buraxıb.

“Qəbələ” 31-ci dəfə “Qarabağ”ı qəbul edəcək. Komanda əvvəlki ev oyunlarında 8 qələbə qazanıb, 10 heç-heçə edib və 12 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 29 top keçirən futbolçularımız 39 qola üzülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!