Azərbaycan Premyer Liqasında çempionluq oyununu idarə edəcək hakimlər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Premyer Liqasında çempionluq oyununu idarə edəcək hakimlər açıqlandı

İdman

18 May 2021 22:11 1381


Azərbaycan Premyer Liqasında XXVIII turun oyunları üçün bütün təyinatlar açıqlanıb.

Yenisabah.az xəbər verir ki, sabah baş tutacaq son turun görüşlərinin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

Təkcə turun deyil, mövsümün mərkəzi oyunu xarakteri daşıyan “Neftçi” – “Qarabağ” matçı Elçin Məsiyevə həvalə edilib. O, çempionluğun müəyyənləşəcəyi görüşdə fit çalacaq. pizza mizza

Bu oyun yeniliklə əlamətdar olacaq. İlk dəfə qarşılaşmaya ehtiyat laysman təyinat alıb.

Azərbaycan Premyer Liqası

XXVIII tur

19 may (çərşənbə)

“Səbail” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Rüfət Əmirov

“ASCO Arena”, 18:00

“Sabah” –“ Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Asif Əliyev

“Bank Respublika Arena”, 18:00

“Keşlə” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASK Arena”, 18:00

“Neftçi” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Dalğa Arena”, 20:30


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!