Azərbaycan Premyer Liqasında növbəti turun üç oyunu təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Premyer Liqasında növbəti turun üç oyunu təxirə salındı

İdman

03 Dekabr 2020 20:18 1054


Azərbaycan Premyer Liqasında növbəti turun üç oyunu təxirə salınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, sözügedən qərar koronavirus səbəbindən verilib. Dominos pizza

Belə ki, XII turun dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də ertəsi gün baş tutması nəzərdə tutulan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb.

Görüşlərin tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası verəcək.

Qeyd edək ki, XII turun “Qəbələ” – “Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!