Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, turun bağlanış oyununda "Sumqayıt" doğma meydanda "Şamaxı"nı qəbul edib.
Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Marqarita pizza
Vaqif Cavadovun rəhbərlik etdiyi "Sumqayıt" bu qələbə sayəsində xallarının sayını 16-ya çatdırıb və 6-cı sırada qərarlaşıb. "Şamaxı" isə 13 xalla yeddincidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Kəpəz"i 2:0, "Qarabağ" "Səbail"i 3:0, "Neftçi" isə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Sabah" görüşü heç-heçə başa çatıb - 1:1.
Telegram kanalımız