Azərbaycan Premyer Liqasında XVI tur davam edir.
Yenisabah.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
İlk olaraq bölgə komandaları üz-üzə gələcəklər. Autsayderlər “Qəbələ” ilə “Kəpəz” birincilərin meydançasında qarşılaşacaqlar. Hazırda “qırmızı qaralar”ın hesabında 11, sonuncu pillədəki gəncəlilərdə isə 10 xal olduğundan, oyun prinsipial xarakter daşıyır. pizza hut
Günün ikinci matçında isə “Zirə” meydançaya çıxacaq. Rəşad Sadıqovun kollektivi doğma arenasında “Araz-Naxçıvan”ı qəbul edəcək. Ötən turda “Neftçi”yə uduzan bakılılar daha bir xal itkisi ilə rəqiblərinin ona yaxınlaşmasına şərait yarada bilər. Naxçıvan təmsilçisi qalib gələrsə, aradakı xal fərqini 3-ə endirəcək. Hazırda “Zirə” 28 xalla ikinci, “Araz-Naxçıvan” isə 22 xalla beşinci sıradadır.
Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Sumqayıt”ı səfərdə 6:1 hesabı ilə məğlub edib. “Sabah” - “Səbail” və “Neftçi” - “Turan Tovuz” oyunları isə dekabrın 10-da keçiriləcək.
Telegram kanalımız