Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
Yenisabah.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.
Günün ilk matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. pizza sifarişi
Hazırda meydan sahibləri 34 xalla 4-cü, bir oyun az keçirən "gənclik şəhəri" təmsilçisi 14 xalla 7-ci pillədə yer alıb. "Qəbələ" qalib gəlsə, ən azı bir gün müddətinə 3-cü pilləyə yüksələcək. Əks halda, "qırmızı-qaralar" 5-ci yerə enmə təhlükəsi ilə üzləşə bilər.
Komandalar indiyək çempionatda 38 dəfə üz-üzə gəliblər. Əvvəlki matçların 22-də "qırmızı-qaralar", 5-də qonaqlar qələbə qazanıb. Topların nisbətində də "Qəbələ"nin üstünlüyü var - 62:28. Meydan sahibləri Premyer Liqadakı son 3 görüşdə rəqibinə uduzmayıb. Tərəflər arasındakı son iki görüşdə 3 və ya daha çox qol qeydə alınıb.
Günün ikinci qarşılaşmasında 52 xalla lider olan "Qarabağ" 20 xalla 6-cı sıradakı "Şamaxı" ilə üz-üzə gələcək. Oyunun nəticəsi komandaların mövqeyinə təsir etməyəcək.
Bu, komandaların çempionatdakı yubiley - 70-ci matçı olacaq. 32 dəfə "köhlən atlar", 13 dəfə qonaqlar meydanı 3 xalla tərk edib. Topların nisbətində ağdamlılar üstündür - 87:43.
Meydan sahibləri Premyer Liqadakı son 14 oyunda rəqibinə uduzmayıb. "Şamaxı" isə son 3 səfər görüşündə xal qazana bilməyib.
Azərbaycan Premyer Liqası, XXIII tur
15 aprel (cümə)
17:00. “Qəbələ” – “Sumqayıt
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
19:30. “Qarabağ” – “Şamaxı"
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”
Qeyd edək ki, tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.
Telegram kanalımız