Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura start veriləcək.
Yenisabah.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Qarabağ" "Səbail"i qəbul edəcək.
"Sabah" isə "Sumqayıt"ın qonağı olacaq. Pepperoni pizza
Azərbaycan Premyer Liqası
21-ci tur
2 aprel (şənbə)
16:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev
“Azersun Arena”
18:15. “Sumqayıt” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
“Kapital Bank Arena”
3 aprel (bazar)
15:00. “Qəbələ” – “Keşlə”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu
17:15. “Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
“Bakcell Arena”
Bombardirlər:
Davit Volkov ("Zirə") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 8 qol
Abdullah Zubir ("Qarabağ") - 8 qol
Coy-Lens Mikels ("Sabah") - 7 qol
Kadi Borqes ("Qarabağ") - 6 qol
Musa Qurbanlı ("Qarabağ") - 6 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 6 qol
İsnik Alimi ("Qəbələ") - 6 qol
Telegram kanalımız