“Azərbaycan Prezidenti Türkiyəyə münasibətdə  öz dövlətimiz qədər həssas davranır“

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Prezidenti Türkiyəyə münasibətdə öz dövlətimiz qədər həssas davranır“

Rəsmi

30 İyul 2021 20:41 1213


"Türkiyənin 21 vilayətdə “meşə yanğınları” eyni anda  başlayır və davam edirsə,  bu, artıq təbiət hadisəsi deyil, ekologiya variantında gerçəkləşdirilən  terrordur.  Vəhşiliyi törədənlərin  Türkiyəyə qarşı qərəzləri  o həddə çatıb ki, mənfur  niyyətlərini bütün aləmi qırmaqla həyata keçirirlər. Burada ziyan çəkən təkcə Türkiyə və türk vətəndaşı deyil, bütün təbiətdir, dünyadır, yaradılışdır,  fauna və floradır. Həyata keçirələn terror ümumilikdə dünyanın biosisteminə zərər verir".  

Yenisabah.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli deyib.

"Yanğınların terror hadisəsi olduğunu təsdiqləyən digər amillər də var. Türkiyənin yaxın və orta şərq coğrafiyasında oynadığı rol, Suriya, Əfqanıstan, İraq, Ukrayna,  Azərbaycan və digər münaqişəli bölgələrdə sülhün əldə edilməsi üçün verdiyi töhvələr artıqca, Türkiyənin qarşılaşdığı təhdidlər də artır, rəqibləri çoxalır. Bu nöqtədən çıxış edib demək olar ki, Türkiyə ilə müttəfiq olanlar da eyni aqibəti yaşayırlar. Son günlər Azərbaycan-Ermənistan sərhədində  gərginliyin artması,  Ermənistanın iki dövlət  arasındakı sərhəddə  təxribatlarını intensivləşdirməsi  təsadüfi deyil. Baş verənlər düşmənin revanş hissindən qaynaqlanır, Türkiyə-Azərbaycan-Pakistan ittifaqının möhkəmlənməsinə qarşı yönəlir.  Türkiyə və onun müttəfiqlərini  məğlubiyyətə uğratmaq üçün qurulmuş uğursuz planların  simptomları görünür.   pizza

Amma bacarmazlar. “Şuşa bəyannaməsi”, “Bakı bəyannaməsi”  və digər bənzər  sənədlərlə   Türkiyə-Azərbaycan-Pakistan ittifaqını yaradanlar, yeni güc mərkəzi kimi ortaya çıxanlar bu ittifaqı qorumaq üçün təməl də yaradıblar, güclü baza qurublar. Qardaş ölkələr biri-digərinin ərazisində baş verən istənilən hadisəyə  həssas yanaşırlar, yardımlaşırlar, birgə müqavimət göstərirlər.  Azərbaycan Prezidenti İlham Əliyevin  Türkiyədəki meşə yanğınlarına  münasibətdə davranışları bu baxımdan çox yaxşı nümunədir. 

Prezident İlham Əliyev  meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi, Türkiyəyə lazımi dəstək göstərilməsi  məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə tapşırıq verib. Tapşırığa uyğun olaraq nazirliyin yanğınsöndürmə qüvvələri Türkiyə Respublikasına yola düşüb. FHN-in Dövlət Yanğın Mühafizə Xidmətinin 100 əməkdaşı artıq  Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Dalaman vilayətinə yola salınıb. Ümumilikdə 500 nəfər yanğınsöndürən göndəriş üçün hazır vəziyyətə gətirilib. Azərbaycan eyni zamanda, yanğınsöndürmə təyinatlı bir təyyarəsini də yardım üçün göndərib. 

Prezident Türkiyəyə təkcə texniki yardım deyil, mənəvi dəstək də verib. Öz çıxışları ilə qardaş ölkənin yanında olduğunu göstərib. Bu baxımdan  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çıxışları da maraq doğurub. O özünün instaqram səhifəsində Türkiyədəki meşə yanğınları ilə bağlı paylaşım edib. "Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına  dərin hüznlə başsağlığı verirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"-deyə, açıqlamada bildirilir. 

Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın  meşə yanğınlarının söndürülməsi istiqamətndə görülən işlərdən danışarkən, Azərbaycanın yardımlarına geniş yer ayırması təsadüfi deyil.  “Azərbaycan bizə amfibiya (yanğınsöndürən) təyyarəsi göndərəcək”-deyən Prezident bildirib. Əlavə edib ki, “Bütün imkanlarımızı səfərbər etmişik. Dünyada ən güclü yanğınsöndürənlər heyətinə sahibik. Bəziləri iddia edirlər ki, Türkiyə Milli Aviasiyasının təyyarəsi var, guya ondan istifadə etməmişik. Təyyarə filan yoxdur. Bunlar bilmədiklərini danışarlar. Hazırda yanğınların söndürülməsinə 45 helikopterimiz və 5-6 təyyarə cəlb olunub. Azərbaycan da bir təyyarə göndərəcək. Bunların sayı 6-7-yə çatacaq. Bu təyyarələr vasitəsi ilə yanğının tezliklə söndürüləcəyi gözlənilir”, - deyə dövlət başçısı vurğulayıb. Ərdoğanın öz çıxışında Azərbaycanın adını bir neçə dəfə çəkməsi təsadüfi deyil. Bu, Azərbaycan Prezidentinin münasibətinə qarşılıqdır, göstərilən həssaslığa qarşı minnətdarlıqdır." - deyə, o vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!