Azərbaycan Prezidentinin Xaltmaaqiyn Battulqa ilə görüşü baş tutub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Prezidentinin Xaltmaaqiyn Battulqa ilə görüşü baş tutub

Siyasət

22 Yanvar 2020 14:43 939


Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, görüşdə Azərbaycanla Monqolustan arasında əlaqələrin daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıldı. Kənd təsərrüfatı sahəsində, xüsusilə heyvandarlıq sektorunda geniş əməkdaşlıq imkanlarının olduğu bildirildi, mis və qızıl mədənləri sənayesi sektorunda investisiya imkanları müzakirə edildi.

Söhbət zamanı hazırda monqolustanlı tələbələrin Azərbaycanın universitetlərində təhsil aldıqları da qeyd olundu. (AZƏRTAC) Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!