“Azərbaycan Qazaxın işğalda olan kəndlərini azad etmək üçün hərbi əməliyyatlar aparmalıdır”   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Qazaxın işğalda olan kəndlərini azad etmək üçün hərbi əməliyyatlar aparmalıdır” - Açıqlama

Rəsmi

29 İyun 2021 18:55 2161


"Ermənistanın Kəlbəcər və Tovuzda atəşkəsi pozması, əsasən, bu istiqamətdə delimitasiya prosesinin və Azərbaycanın öz sərhədlərini təyin etməsinin qarşısını almaqdır. Gegarnuk və Kəlbəcər istiqamətdə dövlət sərhəddində bir çox ərazilər Göyçə gölünün sahilinə qədər uzanır. Və Azərbaycan haqlı olaraq bu ərazilərdə öz postlarını qurmalıdır. Amma, Ermənistan tərəfi atəş açmaqla, yüksəkliklərə nəzarət etməyə çalışır".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, erməni tərəfi işğal olunmuş kəndləri geri qaytarmaqda tərəddüd edir: pizza hut

"Bundan əlavə, eyni hal Tovuz və Qazax istiqamətində də yaşanır. Erməni tərəfi işğal olunmuş kəndləri geri qaytarmaqda tərəddüd edir. Çünki, İrəvan və Tiflis marşrutu Azərbaycanın vizual nəzarətində olacaq. Sərhəddə bu təxribatların arxasında Paşinyan hakimiyyəti dayanır. Rusiyada burada maraqlı deyil. Ermənistan tərəfi Rusiya hərbiçilərini Kəlbəcər istiqamətdə sərhəddə və digər ərazilərdə yerləşməklə, Azərbaycanın sərhəd müəyyənləşdirilməsinə mane olmaq üçün atılan addımdır".

"Göründüyü kimi, Yerevan bununla Azərbaycanın öz sərhədlərinə çıxmasının qarşısını almağa çalışır. Burada Rusiyanın rolu da var. Böhranın davam etməsində maraqlı olan qüvvələr əsasən Paşinyan iqtidarında yer alanlardır. Sərhəddə vəziyyətin mürəkkəb olacağı gözlənilir.

Şuşa bəyannaməsindən sonra, Rusiya Ermənistan tərəfindən əzələ nümayiş etdirməyə çalışır. Baş verənlər mümkün sülh variantlarının üstündən xətt çəkir. N.Paşinyan sərhədlərin delimitasiyasında problemləri dərinləşdirməkdə maraqlı olacaqsa, Azərbaycan Qazaxın işğalda olan kəndlərini azad etmək üçün hərbi əməliyyatlar aparmalıdır. Şurnux kəndinə girdiyi kimi eyni əməliyyat, sərhədlərinin təyinini Qazaxda etməyə məcburdur", - deyə M.Əsədullazadə qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!