Azərbaycan qazına Avropada çox ehtiyac var - Prezident

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan qazına Avropada çox ehtiyac var - Prezident

İqtisadiyyat

26 Oktyabr 2023 17:04 2291


Bərpaolunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur. 

Yenisabah.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib. 

“Bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var”, - deyə dövlətimizin başçısı qeyd edib.  pizza hut

Azərbaycanın Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3.500 kilometrlik qaz boru kəmərini vaxtında istismara verdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, bu, daha geniş regionun enerji təhlükəsizliyinə daha bir töhfə olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    YAXŞI OLARDI Kİ ƏVVƏL AZƏRBAYCAN KƏNDLƏRİNİN QAZLAŞMASINI BAŞA ÇATDIRANDAN SONRA AVROPAYA QAZ NƏQLİ ARTIRILMASI BAŞ VERƏRDİ.
    3 years ago