Azərbaycan qazının Avropaya nəqli: Rusiya “yox” dedi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan qazının Avropaya nəqli: Rusiya “yox” dedi

Dünya

12 Fevral 2025 17:08 15889


Rusiya Ukrayna qaz nəqli sistemindən istifadə etməklə Azərbaycan qazının Avropa İttifaqına svop tədarükü imkanlarını nəzərdən keçirmir.

Yenisabaah.az Pro Financy-yə istinadla xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Bundan əvvəl Ukraynanın “Qazprom”la tranzit sazişinin müddəti başa çatdığından Azərbaycan qazını öz ərazisi ilə Aİ-yə nəqli imkanlarını öyrəndiyi barədə məlumatlar yayılıb. Lakin belə marşrutun həyata keçirilməsi üçün qaz Rusiya ərazisindən gəlməlidir. Sezar pizza

Yanvarın 1-dən Kiyevin müvafiq razılaşmanı uzatmaqdan imtina etdiyindən Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya tranziti tamamilə dayandırılıb.

Daha sonra Reuters xəbər verib ki, Avropa Komissiyası Ukrayna hakimiyyəti ilə qazın Ukrayna GTS vasitəsilə Aİ-yə nəqlinə dair danışıqları davam etdirmək niyyətindədir. Müzakirələrdə Macarıstan və Slovakiyanın da iştirakı gözlənilir.

Slovakiyanın xarici işlər və Avropa işləri naziri Yuray Blanarın sözlərinə görə, danışıqlar çərçivəsində Azərbaycan qazının Aİ-yə tranziti məsələsinə baxıla bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!