“Azərbaycan qorxaq, şərəfsiz və alçaq bir tərəflə üz-üzədir” - Prezidentin köməkçisi

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan qorxaq, şərəfsiz və alçaq bir tərəflə üz-üzədir” - Prezidentin köməkçisi

Siyasət

11 Oktyabr 2020 15:33 1181


“Humanitar atəşkəs ilə əlaqədar müəyyən bəyannamə imzalanmışdı. Ermənistan öz riyakarlığını növbəti dəfə göstərdi. Bu hadisədən dərhal sonra Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə bu hücumu, terror aktını həyata keçirdi”.

Yenisabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə baş verən erməni təxribatı ilə bağlı keçirilən brifinqdə bildirib.

“Vasitəçilik prinsipini həyata keçirən tərəflər, ATƏT-in Minsk qrupunun həmsədrləri özü buna qiymət verməlidir. Bütün beynəlxalq ictimaiyyət özü buna qiymət verməlidir. Özləri görməlidirlər ki, Azərbaycan necə qorxaq, şərəfsiz və alçaq bir tərəflə üz-üzədir. Marqarita pizza

Azərbaycan bunu daha əvvəl Xocalı hadisəsində də görmüşdü. Vətəndaşlarımıza qarşı törədilən etnik təmizləmə də görmüşdü. Sadəcə, bu gün bir fərq var. Bu gün güclü Azərbaycan dövləti var, güclü Azərbaycan ordusu var”, - deyə, o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!