Azərbaycan-Rusiya matçı niyə ləğv edildi? - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Rusiya matçı niyə ləğv edildi? - Səbəb

İdman

10 Yanvar 2025 02:12 662


Azərbaycan və Rusiya milli komandaları arasında futbol üzrə yoldaşlıq oyunu ilə bağlı danışıqlar dayandırılıb.

Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının son iclaslarının birində Rusiya Futbol İttifaqı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nümayəndələri oyunun 2025-ci ilin birinci yarısında keçirilməsinin mümkünlüyünü müzakirə ediblər. Lakin matçla əlaqədar rəsmi danışıqlar baş tutmayıb. İndi iki ölkə arasında münasibətlərdəki gərginlik səbəbindən mümkün görüş müzakirə edilmir.

"Milli komandalar arasında yoldaşlıq oyunu ilə bağlı rəsmi danışıqlar nəticə verməyib. Azərbaycan təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra AFFA mümkün matçla bağlı məsələni müvəqqəti məhdudlaşdırıb”, – deyə vəziyyətlə tanış olan bir neçə mənbə bildirib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!