Azərbaycan-Rusiya sərhədi bağlanır: Sabah son gün -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Rusiya sərhədi bağlanır: Sabah son gün - RƏSMİ

Siyasət

16 Mart 2020 22:25 1267


Martın 16-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.  

Nazirlər Kabinetindən "Yeni Sabah"a daxil olan məlumata görə, telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.  

Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.   pizza sifarişi

Yük maşınlarının sürücüləri istisna təşkil edəcəklər. Ölkəyə qayıtmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün çarter uçuşları təşkil ediləcəkdir.  

Uçuşların qrafikinə dair əlavə olaraq məlumat veriləcəkdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!