Azərbaycanlı şahmatçının noutbuku Avropada oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı şahmatçının noutbuku Avropada oğurlandı

İdman

24 Noyabr 2023 15:22 959


Azərbaycan şahmatçısı Rauf Məmmədovun Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatından əvvəl noutbuku itib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu 35 yaşlı qrossmeyster bildirib.

Məmmədov qitə çempionatının bu səbəbdən onun üçün çətin başladığını söyləyib: "Bu yarışdan əvvəl İngiltərədə turnirdə idim. Londondan Monteneqroya gedəndə noutbukum oğurlandı. İki gün tapmaq üçün çalışdıq. Amma artıq üç həftə keçib. Hələlik bir xəbər yoxdur. Məncə, artıq tapılmayacaq. Avropa çempionatı vaxtı kapitanımız Qədir Hüseynovun noutbuku ilə məşğul olurdum. Hazırlaşmaq barədə problem olmadı, çox sağ olsun. Şahmatçı və jurnalist üçün noutbuku itirmək işini itirməyə bərabərdir. Böyük şəhərlərdə belə hadisələr olur". Sezar pizza

Qeyd edək ki, kişi şahmatçılardan ibarət millimiz yarışı 9 xalla 18-ci yerdə bitirib. Qadınlar isə turniri gümüş medalla başa vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!