Azərbaycan sazişi hansı sərhədlərlə imzalamaq istəyir? - Mirzoyan açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan sazişi hansı sərhədlərlə imzalamaq istəyir? - Mirzoyan açıqladı

Siyasət

01 İyun 2024 15:25 8651


Dünən Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları xarici işlər naziri Ararat Mirzoyanla görüşüblər.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, iclasda Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunub: “Mirzoyan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iki həftə əvvəl Almatıda keçirdiyi görüş və danışıqlar barədə danışıb və bildirib ki, Bakı sülh müqaviləsində Almatı bəyannaməsinə istinaddan imtina edir”. pizza mizza

Mənbə iddia edir ki, iclasda Azərbaycanın hansı sərhədlərlə müqavilə imzalamaq istədiyi sualı qaldırılıb:

“Mirzoyan cavab verib ki, bu məsələyə aydınlıq gətirilməyib. Xarici işlər naziri sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı da danışıb, onun sözlərinə görə, bundan sonra hansı ərazidən başlayacaqlarını bilmirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!