Azərbaycan səfiri itkinlərə görə Malatyaya getdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan səfiri itkinlərə görə Malatyaya getdi

Maraqlı

09 Fevral 2023 12:02 658


Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Malatyaya gedir, o, itkin düşmüş azərbaycanlı tələbələrin valideynləri ilə görüşəcək.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, fevralın 6-da Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən sonra Malatyada itkin düşmüş azərbaycanlı tələbələrin axtarışları davam edir.

Səfirin sözlərinə görə, bununla əlaqədar Türkiyənin Malatya şəhərində səfər edəcək və itkin düşmüş 4 tələbənin Malatyaya gedən valideynləri ilə görüşəcək. Marqarita pizza

R. Məmmədov qeyd edib ki, dağıdıcı zəlzələnin zərər və itkilərinə məruz qalan Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq üçün, eləcə də təbii fəlakət baş verdiyi ilk gündən qardaş Türkiyəyə dəstək verən Azərbaycanın səlahiyyətli nümayəndəsi olaraq zələzələnin baş verdiyi bölgələrlə sıx əlaqə qurmaq məqsədilə zəlzələnin təsirindən dağıntıya məruz qalan ərazilərə gedəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!