Azərbaycan səfirinə vilayətdən dəvət gəldi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan səfirinə vilayətdən dəvət gəldi

Rəsmi

09 Sentyabr 2021 10:38 1078


Azərbaycan Respublikasının Tehrandakı yeni səfiri Əli Əlizadə İranın Ərdəbil vilayətinə səfər edəcək.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, səfərdə məqsəd iki ölkə arasında ticarətin genişləndirilməsinə təşviqdir.

Əli Əlizadə bölgənin biznes-kommersiya qurumları ilə görüş keçirməyi planlaşdırır.  Marqarita pizza

"Azərbaycan Respublikasının rəsmiləri iki ölkə, xüsusilə də sərhəd əyalətləri arasında ticari-iqtisadi əlaqələrin inkişafını dəstəkləyirlər. Ən qısa zamanda bu əyalətə gələcək, dövlət rəsmiləri və özəl sektorla görüşəcəyəm. Mövcud ticarət dövriyyəsdini 2, hətta 3 qat artırmaq mümkündür", - deyə diplomat qeyd edib. 

Xatırladaq ki, bu ilin birinci yarısında Azərbaycan Respublikası ilə İran arasında ticarət dövriyyəsi 194 milyon dollardan çox olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!