Azərbaycan səfirliyi Kiyevdə xeyriyyə yarmarkasına qoşuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan səfirliyi Kiyevdə xeyriyyə yarmarkasına qoşuldu

Siyasət

02 Dekabr 2024 23:59 836


Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə xeyriyyə yarmarkasına qoşulub.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev sosial şəbəkədə bildirib.

“Səfirlik olaraq Kiyevdə Ukrayna Diplomatik Akademiyasında ehtiyacı olan uşaqlar üçün vəsait toplamaq məqsədilə keçirilmiş “Ukrayna üçün birlikdə qayğıkeş ürəklər” xeyriyyə yarmarkasına qoşulmaqdan məmnunluq duyuruq. Azərbaycanın zəngin folkloru, ləziz mətbəxi, həmçinin “Made in Azerbaijan” brendi altında məhsullar nümayiş etdirildi”, – o qeyd edib. Dominos pizza

Xatırladaq ki, daha əvvəl sentyabrda diplomat Ukraynanın ətraf mühit naziri Svitlana Hrınçukla ikitərəfli əlaqələrin dərinləşdirilməsini müzakirə etmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!