Azərbaycan sərhədini keçən İran vətəndaşları ölkələrinə təhvil verilib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan sərhədini keçən İran vətəndaşları ölkələrinə təhvil verilib

Sosial

11 Sentyabr 2025 10:01 228


Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisindən Azərbaycana keçən İran vətəndaşları ölkələrinə təhvil verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb pizza

Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada qarşı tərəfə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!