Azərbaycan sərhədini üzüb keçərək pozan əcnəbi saxlanıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan sərhədini üzüb keçərək pozan əcnəbi saxlanıldı - Video

Hadisə

26 Avqust 2024 18:27 659


Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən avqust ayının 25-də saat 21:00-da Xəzər dənizinin su səthinin müşahidəsi zamanı bir nəfər şübhəli şəxsin İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozaraq Astara rayonunun sahil xəttinə doğru üzməsi müşahidə olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aşkar olunmuş şəxsin saxlanılması istiqamətində tədbirlər görülərək, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xətti boyu ərazinin qapadılması təmin olunub. pizza

"Sahil Mühafizəsinin bölmələrinin fəaliyyəti nəticəsində dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşı, 24.04.1998-ci il təvəllüdlü Mahmud Xil Bilal oğlu saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!