Azərbaycan snayperləri hədəfləri sərrast atəşlə məhv etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan snayperləri hədəfləri sərrast atəşlə məhv etdi

Maraqlı

25 Avqust 2022 19:13 980


Azərbaycan snayperləri hədəfləri sərrast atəşlə məhv edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsi davam edir. pizza hut

Avqustun 25-də müsabiqənin üçüncü mərhələsi üzrə tapşırıqlar yerinə yetirilib. Mərhələnin ilk çalışmasının tələblərinə uyğun olaraq komanda şəklində fəaliyyət göstərən snayperlərimiz 300-600 metr məsafədə peyda olunan hədəfləri sərrast atəşlə məhv ediblər.

Növbəti çalışma zamanı birinci snayper cütlüyü 150-200 metr aralıqda olan hədəfə atəş açılması, eləcə də silahlarla 300 metrlik məsafənin qaçaraq dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər. Daha sonra ikinci snayper cütlüyü 300-600 metr məsafədə peyda olan xüsusi hədəfləri məhv etməkdə bacarıqlarını nümayiş etdiriblər.

Müsabiqə iştirakçıları qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!