Azərbaycan taekvondoçusu III Avropa Oyunlarını medalsız başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan taekvondoçusu III Avropa Oyunlarını medalsız başa vurdu

İdman

24 İyun 2023 18:45 749


Azərbaycan taekvondoçusu Cavad Ağayev Polşada təşkil olunan III Avropa Oyunlarını medalsız başa vurub.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, buna 68 kq çəki dərəcəsində çıxış edən idmançının 1/8 final mərhələsində uduzduğu yunanıstanlı Konstantinos Camalidisin finala çıxa bilməməsi səbəb olub.

Sözügedən taekvondoçu 1/4 finalda ispaniyalı rəqibinə məğlub olub. Marqarita pizza

Camalidis finala vəsiqə qazansaydı, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaqdı.

Qeyd edək ki, daha əvvəl taekvondoçulardan Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal əldə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!