Azərbaycan taekvondoçusu Yay Olimpiya Oyunlarına vəsiqə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan taekvondoçusu Yay Olimpiya Oyunlarına vəsiqə qazandı

İdman

17 Dekabr 2023 16:07 908


Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Yenisabah.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan yığma üzvü bu uğura Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasında imza atıb.

Yarışın təsnifat mərhələsinin qalibi olan Maqomedov bu dəfə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. pizza mizza

Qaşım 1/4 finalda Qran-prinin son iranlı qalibini məğlub edərək yarımfinala yüksəlib. O, bu dəfə Bakıda dünya çempionatında uduzduğu çinliyə qalib gəlib. Taekvondoçumuz finalda son dünya çempionunu da məğlub edərək həm qızıl medala yiyələnib, həm də Olimpiadaya lisenziyaya sahib olub.

Qeyd edək ki, bu, yığmamızın Paris-2024 Yay Olimpiya Oyunlarına ilk vəsiqəsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!