“Azərbaycan tamaşaçısı öz televiziyalarımıza nifrət edir”   - Kamran Həsənli

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan tamaşaçısı öz televiziyalarımıza nifrət edir” - Kamran Həsənli

Şou

17 Sentyabr 2021 17:33 9623


Şou-biznes nümayəndələrinin telekanallara gücül axını nəzərdən qaçmır. Müğənni Xatun, Elza Seyidcahan, indi də Sənubər İsgəndərli aparıcı mikrafonunu “zəbt edib”lər. Teleaparıcı, şoumen Kamran Həsənli hesab edir ki, əslində, Azərbaycan televiziyalarından peşəkarları uzaqlaşdırma prosesi gedir: “Telekanallar bu gün qeyri-peşəkarlar yığışıb və səviyyəsizliyi təbliğ etməklə məşğuldurlar”.

Yenisabah.az-a açıqlamasında o əlavə edib:

“Azərbaycan tamaşaçısı milli televiziyasına nifrət edir. İnanmırsızsa, gedin sorğu keçirdin, istənilən azərbaycanlıdan istənilən kanalın adını soruşun. Deyəcəklər ki, öz kanallarımıza baxmırıq, onlara nifrət edirik. Bu səviyyəsizlikdir, hətta əxlaqsızlıqdır”. Dördpendirli pizza

Kamran Həsənli vurğulayıb ki, televiziya rəhbərləri kanallara özlərinə oxşayan insanları dəvət edirlər:

“Bu yaxınlarda Azərbaycanın ən böyük kanallarının birində şöbə müdiri ilə söhbət etdim. Dostum, hüquqşünas Türkel Süleymanlıyla getmişdim onun yanına. Əgər mən yox, siz o adamla üzbəüz söhbət edib, düşüncələrini, fikirlərini eşitsəydiniz, ağlınıza gəlməzdi ki, televiziyanın içində belə kütbeyinlər otura bilər. Təəssüf ki, bir çox telekanallarda vəziyyət bu cürdür”.

Rafi Müslümov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Üzeyir
    Adamın gözünün içinə baxa-baxa yalan üyüdən kanallara başqa münasibət ola da bilməz.
    5 years ago
  • Zaur
    Axırıncı defe öz kanalımızda retroya baxmışam. evde hecc yerli kanal yıgılmayıb.Heleki yıgmag fikrimde yoxdur.
    5 years ago
  • ZEYNƏB
    Duz deyir.men 3 ildi televizor acmiram. Bu olkenin bir alimi,bir ixtiracisi,bir elm adami yoxdurmu nesillere teqdim olunsun. Hansi kansli scirsan kişiler yemek bişirjir, qadinlar şit şit sohbet edir.exlaqsizlar da xalqa heyat dersi kecir.
    5 years ago
  • EMİN
    Salam.mən Kamran Həsənlinin dediyi fikirlə razıyam.Biz ümumiyyətlə öz kanallarımıza baxmırıq.
    5 years ago