“Azərbaycan tərəflə yüksək səviyyədə təmasımız var”   - Gürcüstan XİN

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan tərəflə yüksək səviyyədə təmasımız var” - Gürcüstan XİN

Siyasət

21 İyul 2020 22:59 1082


Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Serbiyadan silah-sursatın Ermənistana ölkə ərazisi vasitəsilə çatdırılmasına dair Azərbaycan mətbuatında yer alan növbəti məqaləni şərh etməyə hazırlaşmır.

Yenisabah.az xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Laşa Darsalia “Rustavi 2” telekanalına bildirib.

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığı vurğulayan nazir müavini deyib ki, Azərbaycan tərəfi ilə bütün önəmli məsələlər üzrə yüksək səviyyədə təmas var: “Azərbaycanlı həmkarlarımız və dostlarımızla bütün vacib məsələlərlə bağlı daimi təmasdayıq və müzakirələr aparırıq”. Dördpendirli pizza

Qeyd edək ki, ötən gün Gürcüstan XİN Ermənistana minomyotların Gürcüstan vasitəsilə çatdırılması barədə Azərbaycan mətbuatının yaydığı məlumatları həqiqətə uyğun olmadığını bəyan edib. Bu gün Azərbaycan mətbuatında bu mövzuya dair fotofaktların yer aldığı növbəti məqalə dərc olunub. “Report”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!