Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı

İdman

01 Avqust 2021 14:40 1407


Azərbaycan boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Yenisabah.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopeslə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Dominges olimpiadanın bürünc medalı ilə kifayətlənib. pizza hut

İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci hissədə isə 4 referi Lopesin leyhinə qərar çıxarıb.

Dominges üçüncü raundda noqdauna düşüb və hakimlərin hamısı Lopesin üstün olduğu qənaətinə gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!