Azərbaycan Türkiyənin onlayn ticarət şirkəti “Trendyol” üçün ən böyük beynəlxalq bazardır.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “Fitch Solutions” şirkətinin qlobal istehlakçı və pərakəndə satış üzrə icmalında bildirilib.
Şirkət qeyd edib ki, 2023-cü ilin may ayında “Trendyol” onlayn ticarət platformasını və əlaqəli e-ticarət xidmətlərini Azərbaycan bazarına genişləndirəcəyini açıqlayıb. Buraya şirkətin 2022-ci ilin fevralında təqdim etdiyi canlı alış-veriş platforması Trendyol Go-Live App də daxildir. pizza mizza
“Fitch Solutions” hesab edir ki, Türkiyədə onlayn ticarətə daha çox üstünlük verilməsi, Azərbaycanda da təkrarlana bilər. Buna “Trendyol”un Azərbaycan bazarında öz yerini tutması da təsir edə bilər. Çünki Azərbaycan hazırda illik sifarişlərin həcminə görə şirkət üçün ən böyük beynəlxalq bazarlardan biridir.
Telegram kanalımız