Azərbaycan turizmi yarı yolda – Canlanma var, amma...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan turizmi yarı yolda – Canlanma var, amma...

Sosial

06 Avqust 2025 12:22 252


Azərbaycanda turizm sektorunda tədrici canlanma müşahidə olunur. Yay mövsümündə həm ölkə daxilində keçirilən tədbirlər, həm də hava nəqliyyatında yeni istiqamətlərin açılması turist axınına müsbət təsir göstərib.

Turizm eksperti Ceyhun Aşurov Musavat.com-a açıqlamasında bildirib ki, bəzi xarici turist qruplarının, xüsusilə də regionlara marağın artmasına baxmayaraq, ümumi turizm bazarı hələ tam gücünə qayıtmayıb.

CEYHUN SON.jpeg (141 KB) Pepperoni pizza

Ekspertin sözlərinə görə, hazırda keçirilən tədbirlər turist cəlb etmək baxımından kifayət qədər effektlidir:

“Sevindirici məqam odur ki, turistlər yalnız tədbirlərlə kifayətlənmir, fürsətdən istifadə edərək bölgələrə də səfər edirlər. Bakı ilə yanaşı, Quba, Şamaxı, Qəbələ, Şəki, Lənkəran kimi turizm mərkəzləri daha çox ziyarət olunur. Son aylarda axında müəyyən azalma müşahidə olunsa da, hava nəqliyyatında genişlənmə və yeni istiqamətlərdən birbaşa uçuşların açılması bu mənfi təsirləri qismən kompensasiya edib”.

Ceyhun Aşurov əvvəllər bəzi ərəb turistlərinə qarşı yaranan narahatlıqlara da münasibət bildirib:

“Əvvəllər bəzi sakinlər ərəb turistlərin davranışlarından narazılıq edirdilər. Amma bu cür ümumiləşdirmə doğru deyil. Turistlərə qarşı daha diqqətli və anlayışlı davranmaq lazımdır. Onların ölkəyə xərclədikləri vəsait iqtisadiyyatın canlanmasına ciddi töhfə verir”.

Ekspertin proqnozlarına görə, birbaşa uçuşların artması, vizaların sadələşdirilməsi və bölgələrdə infrastrukturun təkmilləşdirilməsi yaxın aylarda turist sayında yeni artım dalğasına səbəb olacaq. Lakin turizm bazarının tam bərpası üçün hələ bir qədər zamana ehtiyac var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!