“Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir” - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir” - İlham Əliyev

Siyasət

06 İyul 2024 14:25 615


"Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir".

Yenisabah.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyətinin Azərbaycanın əlavə sərmayəsi nəticəsində bir milyondan beş milyon tona çatdırıldığını vurğulayan dövlətimizin başçısı bildirib: pizza

"Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda altı gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!