“Azərbaycan Türk Respublikası“- Deputat ad dəyişikliyi haqda danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Türk Respublikası“- Deputat ad dəyişikliyi haqda danışdı

Siyasət

28 İyun 2020 17:23 1385


"Bu məqsədlə referendium keçirməyə imkanımız yoxdur. Bu kimi məsələlərin səsləndirilməsinə normal baxıram. Amma bütövlükdə ad dəyişikliyinə gedəcəyiksə, nə referendum keçirməyə, nə də onu BMT-də təsdiqlətməyə imkanımız yoxdur. Bu səbəbdən indiki məqamda məsələnin gündəmə gətirilməsi bir qədər uyğun deyil".

Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanın Azərbaycan Türk Respublikası adlandırılması təklifinə münasibət bildirərkən deyib.

"Koronavirus dövründə bu məsələni müzakirə etməyimiz ən azından mümkünsüzdür. Fikrimcə, mövcud adda qalmağımız daha məqsədəuyğundur. Çünki, ölkə daxilində əlavə təlatüm yaratmağa ehtiyac yoxdur. Onsuz da Azərbaycan deyiləndə bilinir ki, bura türk dövlətidir. Bu mənada "türk” adının dövlətin adının qarşısında qeyd edilməsinin hansısa bir dəyişiklik yaradacağını düşünmürəm. Gələcəkdə isə bu ideyanı qaldırmaq olar”, - deyə deputat qeyd edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!