Azərbaycan-Türkiyə hərbi-texniki əlaqələrinin genişləndirilməsi müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Türkiyə hərbi-texniki əlaqələrinin genişləndirilməsi müzakirə olundu

Siyasət

22 Oktyabr 2024 22:57 331


Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev oktyabrın 22-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb. Sezar pizza

Danışıqlar zamanı həmçinin beynəlxalq müdafiə tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanaraq “SAHA EXPO 2024” sərgisinin peşəkarlıqla təşkil oldunduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!