Azərbaycan - Türkiyə İşgüzar Dəyirmi Masası keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan - Türkiyə İşgüzar Dəyirmi Masası keçirildi - Fotolar

İqtisadiyyat

02 Aprel 2021 20:25 1528


Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. 

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önunə çiçək dəstələri düzüblər. Türkiyə nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksi və “Türk Şəhidliyi” abidəsini ziyarət edib. Sezar pizza

Sonra Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında hər iki ölkənin sahibkarlıq təşkilatlarının iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. 

Dəyirmi Masada qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin ötən dövrdə yüksələn xətlə inkişaf etdiyi, dövlət başçılarının siyasi iradəsi və verdikləri tapşırıqlar ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə olduğu vurğulanıb.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Rəqəmsal Ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!