Azərbaycan Türkiyənin ağacəkmə aksiyasına qoşulub -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Türkiyənin ağacəkmə aksiyasına qoşulub - Fotolar

Hadisə

11 Noyabr 2020 17:18 986


Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına Azərbaycan da qoşulub. 

Yenisabah.az xəbər verir ki, aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycanın bütün bölgələrində bu gün on minlərlə Eldar şamı, palıd, çinar, zeytun ağacları əkilib və meşəcinsli ağac toxumları səpilib. 

Türkiyə və Azərbaycanın dövlət rəsmilərinin iştirakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə Abşeron yarımadasının Xocasən qəsəbəsində də kütləvi  ağacəkmə aksiyası keçirilib. Aksiyada 11 hektar ərazidə 11 min müxtəlif cinsli ağac əkilib.  Dominos pizza

Qeyd edək ki, ETSN-nin təşkilatçılığı ilə ağacəkmə tədbirləri həm də Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də baş tutub, əsasən Şərq çinarları əkilib və palıd toxumları səpilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!