Azərbaycan Türkiyənin yanında: Yardım dəstələri yola düşür

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Türkiyənin yanında: Yardım dəstələri yola düşür

Rəsmi

30 İyul 2021 11:57 1090


"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Türkiyədəki meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş ölkəyə Azərbaycandan yardım dəstələri göndəriləcək".

Yenisabah.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

O bildirib ki, yardımla bağlı Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib: "Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”. Toyuqlu pizza

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!