İran XİN-in sözçüsü İsmayıl Bəqai Azərbaycan Respublikasındakı həbsxanalarda İran vətəndaşlarına qarşı pis rəftar və saxlanılma şəraitinə dair iddiaları cavablandırıb.
Yenisabah.az təsnim-ə istinadla xəbər verir ki, o, rəsmi Tehranın öz etirazları və narahatlığını notalar vasitəsilə Bakıya çatdırıldığını bildirib.
"Bu məsələ həm Bakı, həm də Tehranda izlənilir. İran vətəndaşlarına qarşı insan hüquqlarına zidd hərəkətlərin qanuni təqibi haqqımızdır. Bu şəxslərlə konsulluq səviyyəsində görüşə bilmədik. Məhkumların köçürülməsi ilə bağlı müqaviləmiz var və bir çox məhkumu İrana köçürə bilərik". Sezar pizza
Bəqai əlavə edib: "Hazırda məsələ Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası ilə qarşılıqlı fəaliyyətinin gündəliyindədir".
Telegram kanalımız