Azərbaycan UEFA-nın reytinq cədvəlində 1 pillə irəlilədi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan UEFA-nın reytinq cədvəlində 1 pillə irəlilədi

İdman

15 İyul 2021 11:20 932


Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Yenisabah.az xəbər verir ki, yeni reytinqdə Azərbaycan 1 pillə irəliləyib. "Neftçi"nin 1-ci təsnifat mərhələsində evdə "Dinamo"ya (Tbilisi) 2:1 hesabı ilə qalib gəlməsi sayəsində ölkəmizin aktivinə 0,250 xal əlavə olunub. Bununla da Azərbaycanın son 5 mövsüm üçün xalı 13,125-ə çatıb və ölkəmiz reytinqdə birgünlük fasilədən sonra 29-cu pillədən yenidən 28-ci pilləyə qayıdıb. Hazırda Azərbaycan 27-ci pillədə olan Qazaxıstandan 0,125 xal geri qalır.

Qeyd edək ki, bu mövsüm başlayarkən ölkəmiz UEFA reytinqində 26-cı olub. pizza

Xatırladaq ki, UEFA Konfrans Liqasındakı təmslçilərimiz mübarizəyə gələn həftə başlayacaqlar. "Neftçi" ilə yanaşı onların da çıxışlarından asılı olaraq, reytinqimizdə növbəti dəyişikliklər baş verəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!