Avrokubokların 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Yenisabah.az xəbər verir ki, Azərbaycanın "Zirə" və "Sabah" klublarının Konfrans Liqasındakı qələbəsi ölkəmizə daha 0,500 xal (hər qələbə 0,250 xal ) qazandırıb. Bununla da xalını 17,750-yə yüksəldən Azərbaycan reytinqdə 1 pillə irəliləyib və 24-cü pilləyə yüksəlib.
23-cü yerdəki Rusiyanın 18,299, 25-ci sıradakı Slovakiyanın isə 17,625 xalı var. pizza sifarişi
Qeyd edək ki, "Zirə" DAK 1904"ə 4:0, "Sabah" "Makkabi"yə (Hayfa) 3:0 hesabı ilə qalib gəlib.
Əlavə edək ki, siyahıya İngiltərə (89.160) başçılıq edir.
Telegram kanalımız